“Ermənistan təxribatlardan əl çəkməlidir”   - Hulusi Akar

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan təxribatlardan əl çəkməlidir” - Hulusi Akar

Maraqlı

04 Oktyabr 2022 17:04 979


“Ermənistan təhrik və təxribatlardan əl çəkməlidir”. 

“Report” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır. Dördpendirli pizza

H.Akar Ermənistanın sentyabrın 12-13-də sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

“Türkiyə olaraq bu günə kimi və bundan sonra da azərbaycanlı qardaşlarımızla tək yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək olmayıb”, - nazir vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!