Ermənistan təzminat ödəməyə məcburdur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan təzminat ödəməyə məcburdur

Hadisə

15 Noyabr 2020 11:05 1216


Ermənistan hər nə qədər etdiyi cinayətlərdən imtina etməyə çalışsa da, işğaldan azad edilən torpaqların real vəziyyəti bu ölkənin Azərbaycana vurduğu maddi-mənəvi, ekoloji zərərin miqyasını göstərir. İstənilən halda bu, cəzasız qalmamalıdır.

Yenisabah.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professorun sözlərinə görə, Azərbaycan tərəfi kapitulyasiyadan sonra Ermənistan tərəfinin torpaqlarına vurduğu zərər ilə bağlı kompensasiya tələb etmək haqqına sahibdir: “Rəsmi Yerevan de-yure kaputulyasiya sazişi imzalamasa da, imzalanan bəyanat kapitulyasiya mahiyyəti daşıyır. pizza mizza

Ermənistan heç bir halda müharibə humanitar və insanlıq cinayətlərinin məsuliyyətini üzərindən ata bilməz. Bu gün işğaldan azad edilən Zəngilan, Qubadlı, Kəlbəcər və digər torpaqların timsalında dəyən maddi ziyan göz qabağındadır. Yəni Ermənistan Azərbaycana təzminat ödəməkdən heç vaxt boyun qaçıra bilməyəcək.

Biz beynəlxalq təşkilatları əraziyə dəvət edib real ziyanı aktlaşdırıb təzminatın miqdarının hesablanması üçün müraciət edə bilərik. Dəyən ziyan tam olaraq hesablandıqdan sonra isə danışıqlar prosesinin predmeti olaraq təklif edə bilərik. Rəsmi Yerevan maddi və ya alternativ təkliflər ilə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir”. (Axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!