Ermənistan türk mallarının idxalına qadağanı daha 6 ay uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan türk mallarının idxalına qadağanı daha 6 ay uzatdı

Rəsmi

24 İyun 2021 13:11 687


Ermənistan ölkəyə Türkiyə mənşəli malların idxalına qoyulan qadağanı daha 6 ay uzadıb.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, müvafiq qərar bu gün hökumətinn iclasında qəbul edilib.

Türkiyə mənşəli malların idxalına qoyulan qadağa Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı, təhlükəsizlik baxımı ilə əsaslandırılıb. Bununla bərabər, vurğulanıb ki, "Avrasiya İqtisadi İttifaqı haqqında" Müqaviləyə əsasən, Aİİ-yə üzv dövlətlər bu Müqavilənin 7 saylı Əlavəsinə uyğun olaraq, üçüncü ölkələrlə ticarətdə qeyri-tarif tədbirlərini birtərəfli qaydada tətbiq edə bilərlər. “Müvafiq olaraq, müvəqqəti tədbir qüvvəyə mindiyi tarixdən etibarən ən çox 6 ay müddətində qüvvədədir”. Dominos pizza

Beləliklə, qərar 2022-ci il yanvarın 1-dək qüvvədə olacaqdır.

Öz növbəsində, Ermənistanın iqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyan bu dövrdə Türkiyədən idxalın ümumi həcminin təxminən 70% azaldığını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!