"Biz Türkiyə tərəfinə ilk mərhələdə diplomatik pasport sahibləri üçün quru sərhədinin açılmasını təklif etdik".
Yenisabah.az xəbər verir ki, bunu, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan “Armenpress” agentliyinin suallarını cavablandırarkən deyib.
O, Türkiyə ilə Ermənistan rəsmiləri arasında növbəti görüşün Vyanada baş tuta biləcəyi barədə ilkin anlaşma olduğunu bildirib. O, görüşün Ermənistan və ya Türkiyədə olmasını arzuladıqlarını deyib: Pepperoni pizza
“Əvvəlki nizamlanma cəhdləri zamanı Ermənistanda və Türkiyədə həm danışıqlar, həm də prezidentlər səviyyəsində görüşlər oldu, amma bildiyiniz kimi, heç bir nəticə vermədi. Demək istədiyim odur ki, güclü olan münaqişənin həllinə nail olmaq üçün siyasi iradə, aydın şəkildə konkret addımlar atmaq istəyidir. Hər ikisini göstəririk, Türkiyədən də eynisini gözləyirik. Əgər iradə olarsa, görüş yeri sırf texniki məsələyə çevriləcək”.
Türkiyə tərəfinə ilk mərhələdə diplomatik pasport sahibləri üçün quru sərhədinin açılmasını təklif etdiyini deyən Vahan Hunanyan, Türkiyə tərəfinin bu məsələni gecikdirdiyini bildirib.
“Düşünürük ki, bu, kiçik, lakin məzmunlu, vacib bir addım olacaq. Ümid edirik ki, bu məsələdə nəticə əldə etmək mümkün olacaq”.
Cavad Salmanli
Telegram kanalımız