Ermənistan üçün risklər var - Kəşfiyyat xəbərdarlığı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan üçün risklər var - Kəşfiyyat xəbərdarlığı

Dünya

23 Yanvar 2025 13:01 133


Rusiya və İrana qarşı sanksiyalar və ikinci dərəcəli sanksiyalara məruz qalmaq riskinə görə Ermənistanın mövcud iqtisadi potensialından istifadə edə bilməsi məhduddur.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

Xidmət ölkənin yeni məhdudiyyətlərlə üzləşəcəyi xəbərdarlığı edir: Dominos pizza

“2025-ci ildə Ermənistan iqtisadiyyatına potensial olaraq əhəmiyyətli təsir göstərə biləcək Rusiya və İrana qarşı sanksiyaların ləğvi və ya yumşaldılması ehtimalı azdır. Ona görə də ikinci dərəcəli sanksiyaların doğurduğu risklər 2025-ci ildə də Ermənistan üçün aktuallığını qoruyacaq”.

Sənəddə deyilir ki, Rusiyaya qarşı davam edən sanksiyaların tətbiqi, Rusiya-Ukrayna münaqişəsi və digər mühüm amillər Rusiyada iqtisadi artımın ləngiməsi ehtimalını artırır və Ermənistan iqtisadiyyatı üçün də əlavə risklər yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!