Ermənistan üçün simvolik tarif: Rəsmi Tbilisi güzəştə getdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan üçün simvolik tarif: Rəsmi Tbilisi güzəştə getdi

Dünya

21 Fevral 2026 12:34 389


Gürcüstan İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik qiymət müəyyən edib.

"Yeni Sabah" Sputnik Georgia-ya istinadla xəbər verir ki, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan Azərbaycandan Ermənistana neftin birdəfəlik, pulsuz tranzitini təmin edib. Növbəti yük standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb olub.

İrəvanda iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdə tariflər məsələsi əsas müzakirə mövzusu olub. Dominos pizza

Xudatyan Gürcüstan hökumətinin Azərbaycandan Ermənistana neft məhsullarının daşınması üçün simvolik tarif müəyyən etmək qərarına görə gürcü həmkarına təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!