“Ermənistan və Azərbaycan məhsullarının qarşılıqlı tranzitini təşkil edə bilərik”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan və Azərbaycan məhsullarının qarşılıqlı tranzitini təşkil edə bilərik”

Siyasət

09 Dekabr 2024 21:57 411


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, Finlandiyanın "Lännen Media" informasiya agentliyinə müsahibəsində deyib.

A.Mirzoyan bunu münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi qiymətləndirib. Pepperoni pizza

"Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir, sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır".

Kommunikasiyaların açılması məsələsinə toxunan Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:

"Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!