Ermənistan vətəndaş müharibəsinin bir addımlığında -   Paşinyan paytaxta əlavə polis qüvvələri cəlb etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan vətəndaş müharibəsinin bir addımlığında - Paşinyan paytaxta əlavə polis qüvvələri cəlb etdi

Dünya

22 Dekabr 2020 17:39 1199


Ermənistanın paytaxtı İrəvanda gərginlik hökm sürür.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqi dağıtmaq üçün paytaxta əlavə polis qüvvələri cəlb edilib.

Məlumatlarda bildirilir ki, hökumət aksiya iştirakçılarına zor tətbiq etmək niyyətində görünür.  Dominos pizza

Etirazçıların Hökumət Evini mühasirəyə alması isə vəziyyəti daha da gərginləşdirib.

Aksiya iştirakçıları Paşinyan istefa verməyincə, etirazların davam edəcəyini bildirir.

Nikol Paşinyan isə istefa vermək niyyətində deyil. O hələ də Qarabağdakı məğlubiyyətin səbəblərini keçmiş hökumətlərdə görür. 

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyasi və demarkasiyası prosesi Paşinyana daha çox hədəfə gətirib. Baş nazirin əleyhdarları onu Ermənistan torpaqlarını Azərbaycana satmaqda ittiham edirlər. 

Hazırda İrəvanda aksiya iştirakçıları ilə polis qüvvələri arasında gərginlik yaşanır.

Ermənistanın ictimai-siyasi sferasında gedən müzakirələrdə ölkədə vətəndaş müharibəsi təhlükəsinin yarandığı barədə mülahizələr irəli sürülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!