Ermənistan Xankəndidə PUA laboratoriyası açır...

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Xankəndidə PUA laboratoriyası açır...

Rəsmi

08 Dekabr 2021 19:38 4349


Yaxın vaxtlarda  Xankəndidə pilotsuz uçuş aparatları(PUA) üzrə tədris laboratoriyası açılacaq.

Yenisabah.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bunu mətbuat konfransında Ermənistan Qabaqcıl Texnologiyalar Müəssisələri İttifaqının (UATE) “ArMath School” mühəndislik laboratoriyalarının koordinatoru Sedrak Vardanyan bildirib.

S.Vardanyanın sözlərinə görə, İlk belə laboratoriya (“ArMath in air”) Dilicandakı  terrorçu Monte Melkonyan adına hərbi məktəbdə açılıb.  Dominos pizza

“Burada həm kursantlar, həm də adi liseylərin orta məktəb şagirdləri təyyarələrin maketlərini yaradırlar. Buraya adi “ArMath” laboratoriyalarında orta siniflərdə mühəndisliyin əsaslarını artıq başa vuranlar gəlir. İlkin mərhələdə onlar hazır modellərin yığılmasını öyrənirlər, sonra özlərini yaratmağa başlayırlar və özləri onlar üçün gövdə, qanad və digər elementləri quraşdırırlar” – S.Vardanyan belə deyib.  

Onun sözlərinə görə, artıq Xankəndidə laboratoriyanın açılması ilə bağlı razılaşmalar var, hazırda bunun üçün təlimatçılar hazırlanır. Bundan əlavə, eyni cür laboratoriyanın Ağdərədə də açılması planlaşdırılır. /Moderator.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    Əla. Gözünüz aydın millət. Biz eləməli olduğumuzu ermənilər edir, özüdə burnumuzun dibində.
    4 years ago