Ermənistan Xarici İşlər Nazirliyi rəsmi İrəvanın niyə Araz çayı sahilində bənd tikintisini Ankara ilə razılaşdırdığını şərh edib.
"Yeni Sabah" sputnik-armenia-ya istinadla xəbər verir ki, sovet dövründən qüvvədə olan “Sərhəd çayları və axınları haqqında Konvensiya”da Ermənistanın yalnız Türkiyəni tikinti ilə bağlı “təcili xəbərdar etməsi” nəzərdə tutulur.
Nazirliyi bildirib ki, o, “müqavilənin müddəalarına uyğun olaraq” Arazçayı sahillərində möhkəmləndirmə işləri barədə Türkiyəni məlumatlandırıb. Bu məsələ ilə bağlı iki ölkənin əməkdaşlığı çərçivəsində zərurət yarandıqda tərəflər arasında eyni vaxtda təmaslar və məsləhətləşmələr aparılır. pizza mizza
Xatırladaq ki, bəndin tikintisi dəyəri təxminən 1 milyon dollar təşkil edəcək. Ermənistan tərəfində qeyri-qanuni qum hasilatı nəticəsində Türkiyə ilə sərhədi təşkil edən Araz çayının məcrası dəyişib və nəticədə təxminən 330 hektar ərazini əhatə edən ada əmələ gəlib. Problemlərin qarşısını alma məqsədi ilə su axınını yenidən öz kanalına yönəltmək üçün uzunluğu təxminən 130 metr və dərinliyi 8 metr olan bənd tikmək təklif edilib.
Telegram kanalımız