Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Siyasət

10 İyul 2025 16:47 362


Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.

Yenisabah.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki,  açıqlamada qeyd olunub ki, dövlət başçıları sərhədlərin delimitasiyası prosesində irəliləyişlərin olduğunu bildiriblər və bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb”, - XİN-dən bildirilib. pizza sifarişi

Tərəflər, həmçinin ikitərəfli danışıqları və etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!