Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə işgüzar səfəri başlayıb.
“Yeni Sabah” xəbər verir ki, Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının 6-cı iclası ərəfəsində A.Mirzoyan qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Kaya Kallasla görüşüb.
Səfər çərçivəsində Aİ rəsmiləri Ermənistanın enerji təhlükəsizliyi ilə bağlı açıqlamalar veriblər. Qurumun yüksək nümayəndəsi Marta Kos jurnalistlərlə söhbətində bildirib ki, Aİ Ermənistan və Türkiyə arasında elektrik enerjisi xəttinin yaradılması istiqamətində işlərə başlayıb. Marqarita pizza
Onun sözlərinə görə, bu layihə Ermənistanın enerji asılılığını azaltmağa yönəlib.
“Avropa İttifaqı Ermənistanın enerji təhlükəsizliyinin gücləndirilməsi və diversifikasiyası üçün 500 milyon avro yatıracaq”, - M.Kos əlavə edib.
İlhamə Qasımlı
Telegram kanalımız