“Gürcüstanın Dmanisi rayonunda dünən provokasiya olub, "svanlar" Borçalı türklərinin işlətdiyi bir mağazaya hücum edib bir neçə nəfəri döyüblər. Dmanisidə heç vaxt "svanlar" yaşamayıb, onları keçən əsrin 90-cı illərində iki səbəbə görə Bolnisə və Dmanisə köçürülüb: 1) Abxaziya hadisələri, 2) Böyük daşqın nəticəsində bir neçə kəndin dağılması. O zaman Gürcüstan hökuməti "svanları" məhz türklərin çox sıx yaşadığı bölgələrə köçürməklə həmin bölgələrdə etnik tərkibə təsir etmək istəyirdi”.
Yenisabah.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. O qeyd edib ki, Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir, Ermənistanla sərhəddir, elə kəndlər var ki, Ermənistandan bir neçə metr ayırır, ona görə də o bölgəyə çox həssas olmaq lazımdır:
“Çox güman Ermənistan xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərir. İstənilən provokasiyalara ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır. Gürcüstan bizim strateji tərəfdaşımız, Azərbaycanın Qərbə təbii iqtisadi uzantısı-qapısıdır. Gürcüstanın iqtisadiyyatı Azərbaycandan asılıdır, amma bizim də kommunikasiyalara görə asılılığımız var. Dördpendirli pizza
Gürcüstan indi narahatdır ki, Ermənistan-Azərbaycan münaqişəsi tam bitib sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri yaransa, Zəngəzur koridoru tam açılsa, Gürcüstanın bölgədə önəmi azalacaq, iqtisadi fürsətləri daralacaq”.
Ekspert diqqətə çatdırıb ki, son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən ən çox maddi qazanc götürən ölkə məhz Gürcüstan idi:
“İndi yeni yolların açılması ehtimalı, Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları Gürcüstan üzərindən Türkiyə və Avropa mallarının Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və İrana tranziti azala bilər. Son 30 ildə Sarpdan keçməklə hər gün yüzlərlə TIR Gürcüstan ərazisindən 600 km yol keçməklə Qırmızı Körpü keçid məntəqəsinə gəlirdi. Yol boyu həmin maşlnlara xidmət edən, onminlərlə iş yeri olan obyektlər, infrastruktur qurulub ölkə tranzitdən, əhali isə yolun özündən qazanırdı. İndi rəsmi Tbilisi düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdır”.
Natiq Cəfərli vurğulayıb ki, boru xəttlərinin daim Gürcüstandan keçəcəyi, Bakı-Tbilisi-Qars dəmir yolunun çalışacağı ilə bağlı rəsmi Tbilisə zəmanət verilməli, onların narahatlığı aradan qaldırılmalıdır:
“Hətta sabah Zəngəzur koridoru açılsa belə, yolun o başında da, bu başında da Rusiya durucaq, deməli, o yolla Azərbaycana təzyiq etmək kimi yeni alət yaranacaq, buna görə də Gürcüstan koridoru tuzim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki, Moskvanın təzyiqlərini neytralaşdıra bilək.
Azərbaycan - Gürcüstan dostluğu, əməkdaşlığı region üçün də, hər iki xalq üçün də həyati əhəmiyyətə malikdir. Ona görə də provokasiyalara uymamalı, soyuq başla, hüquq çərçivəsində bütün problemlər çözülməli, bizim hökumət bu məsələni daim diqqətdə saxlamalıdır. Orada yaşayan türklər isə gürcü dili öyrənməli, siyasətə aktiv qarışmalı, seçkili orqanlarda daha çox təmsilçilik qazanmalıdır”.
Telegram kanalımız