Zaman keçdikcə Ermənistanda Nikol Paşinyan hakimiyyətinin əsl mahiyyəti, antidemokratik mahiyyəti görünür. Bunu əsasən Ermənistan xalqı görür. Amma nə faydası? Ermənistan xalqı sözünün və səsinin yiyəsi deyil. Hec vaxt da olmayıb.
2018 – ci ilin aprelində “məxməri inqilab” və ya “rəqs inqilab”ının eyforiyası çoxdan ötüb keçmişdir. "Məxməri inqilab"ın əsas hədəflərindən biri də Ermənistanda oliqarx sistemi və korrupsiya ilə mübarizə olsa da, bu istiqamətdə nəinki bir iş görüldü, əksinə korrupsiya daha da çiçəkləndi, oliqarxlarla Paşinyan hökuməti arasında iş birliyi artdı. Qərb ölkələrinin Paşinyan rəhbərliyini bu qədər müdafiə etməsi, ölkədə baş verən qanunsuzluqlara, anti – demokratik fəaliyyətlərə göz yumulmasının səbəbi ortadır. Qərb Ermənistanı öz geosiaysi maraq dairəsində görür.
Ermənistanda Paşinyan komandasının hakimiyyətə gəlməsi və “Qərbyönümlü siyasət” aparması Qərb üçün əlbəttə tarixi bir şansdır. Rusiya ilə aparılan tarixi rəqabət və bölgəyə nüfuz etmək istəyi fonunda Ermənistanda baş verənlərə susqunluqla yanaşmaq, Ermənistanın hər cür ərkəsöyünlüyünə göz yummaq təəccüb doğurmur. Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəkləndiyi hər kəsə aydındır. pizza
Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Qərbin bir sıra təşkilatları Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Həm bölgənin, həm də Avropanın təhlükəsizliyində iştirak edən və tövhə verən ölkə kimi Azərbaycansız Qafqazın və Avropanın gələcəyini necə təsəvvür etmək olar? Bu sual Qərbin siyasi dairələrini düşündürməlidir.
Nurəddin Mehdiyev,
“Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri
Telegram kanalımız