Ermənistan yenidən təxribata əl atdı - Kəlbəcər rayonu istiqamətində   mövqelərimiz atəşə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan yenidən təxribata əl atdı - Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Rəsmi

27 İyun 2021 10:56 2126


İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. pizza

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!