“Ermənistana alternativ yol olsa da...“ - İran rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistana alternativ yol olsa da...“ - İran rəsmisi

Rəsmi

27 Avqust 2021 14:10 4989


İranın Şərqi Azərbaycan əyalətinin Yol və Nəqliyyat Təşkilatının Baş direktoru Ermənistana gedən Gorus-Qafan yolunun bağlanmasına görə açıqlama yayıb.

Yenisabah.az IRNA -ya istinadla xəbər verir ki, baş direktor Orucəli Əlizadə şirkət və sürücülərə ünvanlann müraciətdə bildirib:

"Bu marşrutla hərəkət edən yük maşınları Norduz sərhəd-keçid məntəqəsinə gəlməməlidir". Marqarita pizza

Orucəli Əlizadənin sözlərinə görə, Azərbaycan Respublikası qüvvələri dünən günorta saatlarından etibarən Ermənistan sərhədində məhdudiyyətlər tətbiq edib".

O əlavə edib: "Sərnişin axını və malların bu marşrutda hərəkətini təmin etmək üçün sərhəd rəsmiləri qısa zamanda çərçivəsində Azərbaycan Respublikasının səlahiyyətli orqanları ilə məsləhətləşməyə çalışırlar".

Hazırda Norduz sərhəd-keçid məntəqəsinin bağlı olmadığını qeyd edən Əlizadə vurğulayıb: "Ermənistana gediş -gəliş üçün alternativ bir kənd yolundan istifadə olunur, lakin bu yolun keyfiyyəti aşağı olduğundan yük maşınlarının bu marşrutla hərəkət etməsi mümkün deyil. Buna görə də yeni xəbərdarlığa qədər nəqliyyat sahibləri bu marşrutda hərəkəti yükləməməlidirlər".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!