“Ermənistana çox sayda azərbaycanlılar səfər edir”   - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistana çox sayda azərbaycanlılar səfər edir” - Paşinyan

Rəsmi

31 May 2021 10:02 1088


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ararat vilayətinin Aparan şəhərində sakinlərlə görüş zamanı ölkə vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə regional yolların və kommunikasiyaların açılmasından qorxmamağa çağırıb.

Yenisabah.az xəbər verir ki, modern.az-ın məlumatına görə, o bildirib ki, bu yollar Ermənistan iqtisadiyyatı üçün Gürcüstan və İranla olan magistrallar qədər önəmlidir.

“Bu yollarla əcnəbilərin, məsələn azərbaycanlıların hərəkət etməsi problemdirmi? Siz bilirsiniz, İranın şimalında və Gürcüstanla sərhəddə azərbaycanlılar yaşayır. Ermənistana çox sayda azərbaycanlılar səfər edir. Bu gün də vəziyyət belədir, hərçənd bu barədə açıq şəkildə danışılmır. Ötən 30 ildə də və elə həmişə də belə olub” - Paşinyan bildirib. pizza mizza

Onun sözlərinə görə, Moskvada imzalanmış 9 yanvar 2021-ci il tarixli uçtərəfli razılaşmaya əsasən, ilk növbədə SSRİ dövründə mövcud olan dəmiryolları şəbəkəsi bərpa olunacaq. Avtomobil yollarının açılması məsələsi isə sonradan həll ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!