Ermənistana Fransadan da silah yardımı gəlib

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana Fransadan da silah yardımı gəlib

Dünya

12 Oktyabr 2020 13:46 2870


Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah-sursat idxal etməyə davam edir. Bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

“Yeni Sabah” xəbər verir ki, bundan əvvəl  dəfələrlə Rusiyadan Ermənistana çoxsaylı uçuşlar vasitəsilə hərbi yüklərin daşındığı barədə məlumat yayılmışdı. Yalnız 3-dən 9-a qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr ümumi çəkisi 20 tondan çox olan silah-sursat "humanitar" tədarükü həyata keçirib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərə görədir.

Lakin virtualaz.org yazır ki, Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil. Belə ki, dünən axşam F-GKXY dövlət nömrə nişanlı "Airbus A320-214" yük təyyarəsi Parisin "Charles de Gaulle" hava limanından Yerevana uçub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına çatıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!