“Ermənistana İrandan dizel və benzin gəlmir“ - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistana İrandan dizel və benzin gəlmir“ - Rəsmi

Rəsmi

23 İyun 2022 14:05 1179


"Son zamanlar İran xarici bazarlara ümumiyyətlə dizel yanacağı və benzin satmır, ona görə də Ermənistana dizel yanacağı və benzinin böyük hissəsi Rusiyadan gəlir".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Qeqam Gevorqyan bildirib.

Onun sözlərinə görə, İrandan Ermənistana dizel yanacağı tədarük edənlərin sayı vaxtaşırı dəyişir. Toyuqlu pizza

Gevorqyan qeyd edib ki, dizel yanacağının qiymətlərinə təkcə dolların məzənnəsi təsir etmir, bütün dünyada dizel yanacağının birja qiyməti xeyli artıb.

“Hazırda bu sahədə heç bir problem görmürəm. Əgər onları görsəydik, cinayət işi açardıq”, - deyə Gevorqyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!