“Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır” - Elçin Əmirbəyov

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır” - Elçin Əmirbəyov

Siyasət

11 Oktyabr 2020 14:59 1038


“Bu humanitar atəşkəsin ömrü ondan asılıdır ki, hansı dərəcədə erməni tərəfi öz öhdəliklərinə sadiqdir. Əgər onlar öhdəlikləri bundan sonra da pozmağa davam etsələr, Azərbaycan beynəlxalq hüququ çərçivəsində hərəkət edəcək”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov söyləyib.

“Biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Əgər bütün beynəlxalq ictimaiyyət deyir ki, sülhə də şans verək, biz bu şansı vermişik. Sadəcə, Prezidentin deyiyi kimi, bu, Ermənistanın sonuncu şansıdır. Ancaq görünən odur ki, onlar bu şansdan bəhrələnmək fikrində deyillər. Biz həmsədr ölkələrdən reaksiya gözləyirik. Bu yalnız pislənməməlidir, Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır ki, onlar öz çirkli əməllərindən vaz keçsinlər”, - o vurğulayıb.  /Report Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!