"Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır. 10 noyabr bəyanatının 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir”.
Yenisabah.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli komissiyasının hesabına kommunikasiyanın açılması məsələsində müəyyən irəliləyiş var: pizza sifarişi
“Məhz Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində 10 noyabr bəyanatına Azərbaycanın əsas hissəsi ilə uzun illər Ermənistan tərəfdən blokadada qalmış Naxçıvanı birləşdirən yolun açılması müddəası daxil edilib. Bununla yanaşı, bəyanatda regionda bütün nəqliyyat şəbəkələrinin açılması qeyd olunur və Azərbaycan qanunvericiliyinə əməl etmək şərti ilə bizim üçün Azərbaycanın bütün ərazisində sərbəst hərəkətin təmin olunması vacibdir. Ümumiyyətlə, iqtisadi əməkdaşlıq gələcəkdə regionda sülhün möhkəmlənməsi üçün platforma rolunu oynaya bilər.
Telegram kanalımız