Ermənistanda 10 müxalifət lideri saxlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda 10 müxalifət lideri saxlandı

Hadisə

12 Noyabr 2020 13:12 740


Ötən gün Yerevanda baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatı imzalamasına etiraz olaraq keçirilən aksiyada saxlanmış müxalifətçilərin adları açıqlanıb.

Yenisabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya zamanı 10 müxalifətçi saxlanılıb.

Qeyd olunur ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan, “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan, Respublika partiyasının nümayəndələri Eduard Şarmazanov, David Ambartsumyan və Ara Saakyan iğtişaşların təşkil olunması maddəsi ilə saxlanılıb. pizza sifarişi

“Daşnaksutyun” partiyasının üzvü İşxan Saqatelyan, “Milli təhlükəsizlik” partiyasının lideri Qarnik İsaqulyan və “Bir Ermənistan” partiyasının lideri Artur Qazinyan dövlət sirrinin yer aldığı sənədlərlə iş qaydasını pozmaq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Bundan başqa, politoloq Suren Surenyants və “Vətən” partiyasının lideri də qeyd olunan maddələrlə saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!