Ermənistanda səhər saatlarında 11 nəfərlik qrup Araqats zirvələrindən birinə qalxarkən itkin düşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Daş göldən dağın zirvəsinə gedən yolda turistlərdən birinin səhhəti pisləşib. Nəticədə xüsusi əməliyyat qrupu həmin yerə yola düşüb. Bu zaman şəxslərin həmin ərazidə itdikləri və dağı enə bilmədikləri müəyyənləşib. Hazırda xilasedicilərin onları təhlükəsiz yerə aparmağa çalışdığı qeyd olunub. Pepperoni pizza
Telegram kanalımız