Ermənistanda 16 noyabr döyüşlərinə görə hərbçilər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda 16 noyabr döyüşlərinə görə hərbçilər həbs olundu

Rəsmi

11 Dekabr 2021 16:28 1130


Ermənistanda bu il noyabrın 16-da baş vermiş döyüşlərdə hərbi nizamnamə qaydalarını pozmaqda ittiham olunan bir qrup erməni hərbçi həbs edilib.

Yenisabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yerli İstintaq Komitəsinin məlumatında həmin gün saat 11:30-da döyüşlər zamanı müdafiə postunun komandiri, böyük və iki gözətçinin hərbi nizamnamə və döyüş növbətçiliyi qaydalarını pozduqları deyilir. Onlar postu tərk edərək qaçıblar.

Ermənistan Silahlı Qüvvələrinin daha 24 hərbçisi mühasirəyə düşüb və Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüblər. Toyuqlu pizza

Cinayət işi ilə bağlı daha bir zabit həbs edilib. Mayor N.Y batalyon komandirinin tədris hissəsi üzrə müavini olub. O, batalyona həvalə olunmuş mövqenin başçısı olsa da, oranı tərk edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!