Ermənistanda 20 nəfər dövlətə xəyanətdə ittiham olunub

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda 20 nəfər dövlətə xəyanətdə ittiham olunub

Rəsmi

17 Fevral 2022 17:36 855


Dövlətə xəyanət və casusluq faktları üzrə cinayət işinin ibtidai istintaqı davam etdirilir. Ümumilikdə 20 nəfər dövlətə xəyanətdə köməklik etməkdə ittiham olunub, onlardan 14-ü barəsində həbs-qətimkan tədbiri seçilib.

Yenisabah.az “Azatutyun”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

MTX cinayət işinin təfərrüatlarını təqdim edib: Dördpendirli pizza

“Xüsusilə, 44 günlük müharibədə iştirak etmiş agentlik şəbəkəsinə cəlb olunmuş Ermənistan vətəndaşlarına xarici kəşfiyyatın tapşırığı ilə döyüş meydanından müxtəlif hərbi məlumatlar verilib. Nəticədə müharibə zamanı hərbçilərin sayı haqqında, onların mümkün taktikaları - hücum, müdafiə, əks-hücum, taktiki yenidən qurulma və s., hətta xəritədə yerləşmiş şəkildə erməni qüvvələrinin dəqiq coğrafi koordinatlarını düşmənə ötürməkdə təqsirli bilinən 20 nəfər həbs edilib”.

Hüquq-mühafizə orqanının məlumatına görə, xarici kəşfiyyat xidməti casusluq şəbəkəsinə, əsasən, xidmətlərinə görə, Ermənistan və Qarabağdakı hərbi hissələrə daxil olmaq, döyüş mövqelərinə yüksəlmək, müxtəlif sənədlərlə tanış olmaq və hərbi əməliyyatlarda iştirak etmək imkanı əldə etmiş keçmiş və ya indiki hərbi qulluqçuları cəlb edir:

Burada hərbi ilə bağlı məlumatlar, hərbi texnikanın növləri və miqdarının uçotu, hərbi hissələrin hərəkəti, düşmən kəşfiyyat nümayəndələrinə təhvil verilməsi, əvəzində onların mükafatlandırılması və s. faktorlar qeyd olunub”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!