Ermənistanda 50 KİV Paşinyanı boykot etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda 50 KİV Paşinyanı boykot etdi

Rəsmi

27 İyun 2022 16:14 876


Baş nazir Nikol Paşinyanın bugünkü mətbuat konfransına sual göndərməkdən imtina edən erməni media redaktorlarının sayı 50-ni keçib.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu günə kimi 30-dan çox KİV rəhbəri sual göndərməkdən imtina etdiklərini bildirmişdi.

Mətbuat konfransından imtina edən erməni redaktorlar bildiriblər ki, belə “onlayn brifinq”lər əvvəldən hazırlanmış ssenari üzrə keçirilir, suallar əsasən hökumətyönlü media tərəfindən verilir. Dominos pizza

Xatırladaq ki, bu gün yeli vaxtla saat 20:00-da Paşinyan onlayn qaydada KİV və QHT-lərin suallarını cavablandıracaq. Mətbuat konfransı Facebook üzərindən yayımlanacaq. Hər media orqanından və ya QHT-dən bir sual qəbul ediləcək.

Sualları İctimai Televiziyanın şərhçisi Tatev Danielyan canlı yayımda səsləndirəcək


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!