Ermənistanda Aİ missiyasının müddəti uzadılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Aİ missiyasının müddəti uzadılacaq?

Dünya

23 Yanvar 2025 13:56 150


Ermənistan Aİ-nin mülki missiyasının ölkədən çıxarılması ilə bağlı danışıqlar aparmır.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bu məsələ Aİ ilə Ermənistan arasındakı münasibətlərə aiddir. Ümid edirik ki, Brüssel bu missiyanın mandatını uzadacaq. Biz heç bir ölkə ilə münasibətlərimizi üçüncü ölkənin hesabına qurmuruq. Ermənistan hesab edir ki, o, ABŞ və Aİ ölkələri ilə münasibətlərini daha da yaxınlaşdırmalıdır və edir”. pizza hut

Qriqoryan əmin edib ki, KTMT ilə bağlı heç bir qərar gizli şəkildə qəbul edilə bilməz:

“Biz vəziyyəti qiymətləndirir və bu qiymətləndirmə əsasında qərarlar qəbul edirik. Siyasi qərar verdik və bunu açıq elan etdik. KTMT ilə bağlı yeni qərar qəbul edildikdə, bu da ictimaiyyətə açıqlanacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!