“Ermənistanda anti-Rusiya isterikası Baş nazir səviyyəsində aparılır”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda anti-Rusiya isterikası Baş nazir səviyyəsində aparılır” - Politoloq

Siyasət

08 May 2020 17:07 934


"Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında növbəti dəfə 2018-ci ildən bəri Qarabağ danışıqlarında mövqeyinin dəyişmədiyini və mərhələli həll planına uyğun danışıqlarda maraqlı olmadığını vurğulayıb". 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Paşinyanın əsas təklifi separtçıları danışıqlar masasına gətirməkdir. O, bu təklifi yenidən gündəmə gətirməyə çalışır: "Paşinyanın paralmentdə bu açıqlaması, birbaşa Rusiyaya meydan oxumaqdır. Ermənistanda qatı anti-Rusiya isterikası Baş nazir səviyyəsində aparılır. Amma Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici idarəsi kimi özünü xarakterizə edir. Əsasən, Sergey Lavrov Ermənistanı qorumaqla məşğuldur və öz dəstəyini hər gün artırır. Ermənistan daxilində siyasi vəziyyət mürəkkəbləşir və Paşinyanın Qarabağ danışıqlarında mövqeyi getdikcə zəifləyir. Demək olar ki, o, öz hakimiyyətini qorumaqla məşğul olacaq. Bundan sonra onun Qarabağla bağlı mövqeyində real dəyişiklilərə getməyi gözlənilmir". 

Ekspertin sözlərinə görə, Azərbaycan hərbi cəhətdən işğalçı ölkəyə preventiv zərbələr endirməlidir. Çünki danışıqların aparılması vaxt itkisidir və Minsk qrupunun fəaliyyətində yeni bir yanaşma yoxdur: "Rusiya tərəfi Paşinyanın Ermənistanda davam etdirdiyi siyasi proseslərə dözümsüzlük göstərir. Ona görə də Paşinyanın cəzalanmasında Rusiya da maraqlıdır. Yeni konfedensial danışıqlar var. Bu danışıqlar təbii ki, Ermənistanla aparılmır. Azərbaycanın son günlər hərbi təlimləri, generalların təmas xəttinə səfərləri yeni ciddi bir prosesdən xəbər verir". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!