Ermənistanda azərbaycanlı saxlanılıb?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda azərbaycanlı saxlanılıb?

Hadisə

12 Dekabr 2020 10:10 1262


Ermənistanın Tavuş rayonunun Berdavan kəndində Azərbaycanlının saxlanıldığına dair xəbər yayılıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, sərhədin qanunsuz keçilməsi maddəsi ilə şəxsə cinayət işi açılıb.

"Biz kənddə azərbaycanlının görünməsi barədə xəbər aldıq. Şəxs saxlanıldı. Cinayət işi açılıb, o, şübhəli şəxs qismində saxlanılıb",- deyə məlumatda bildirlir. Sezar pizza

Şəxsin adı açıqlanmır və təfərrüat barədə məlumat verilmir. Xatırladaq ki, son günlər erməni mətbuatı sərhədyanı bölgələrdə azərbaycanlıların görünməsi barədə müxtəlif xəbərlər yayır və bu xəbərlərin təxribat məqsədilə yayıldığı ehtimalı da var.

Tavuş Ermənistanın Azərbaycan və Gürcüstanla həmsərhəd bölgələrindən biridir. / Cebhe.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!