Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 322 nəfər artaraq 5928-ə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutkada daha 4 nəfər pandemiya səbəbilə həyatını itirib. Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin sayı 74-ə çatıb. pizza hut
Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti 13 iyuna qədər uzadılıb.
Telegram kanalımız