Ermənistanda cinayətkarlıq əhəmiyyətli dərəcədə artıb.
Yenisabah.az xəbər verir bu barədə Ermənistan İstintaq Komitəsi sədrinin müavini Artur Melikyan parlamentin Maliyyə-kredit və büdcə məsələləri, habelə Dövlət-hüquqi məsələlər üzrə daimi komissiyalarının birgə iclasında büdcə paketinin müzakirəsi zamanı bildirib.
“Cinayət işlərinin sayında ildən ilə, hətta hesabat semestrlərində artım müşahidə olunur. 2017-ci ildə 20 min 57, 2018-ci ildə 25 min 675, 2019-cu ildə - 32 min 960, 2020-ci ilin birinci yarısında isə 17 min 510 işə baxılıb. Son hadisələrlə əlaqədar olaraq hərbi sferada başlanılan cinayət işlərində əhəmiyyətli dərəcədə artım baş verib", - deyə nazir müavini qeyd edib. pizza mizza
Onun sözlərinə görə, 2021-ci ildə 33 minə yaxın cinayət işinin olacağı proqnozlaşdırılsa da, “son hadisələr” üzündən daha çox ola bilər.
Ermənistanda hərbi cinayətlərin artması Qarabağ müharibəsi ilə əlaqədardır. Məlumatlara görə, bu cinayətlər arasında fəarirlik üstünlük təşkil edir. Hərbi cinayətlərin artması göstərir ki, Ermənistanda Qarabağ uğrunda döyüşməyə o qədər də həvəslə yanaşılmır.
Telegram kanalımız