Ermənistanda koronavirusa 99 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən koronavirusa yoluxmuş 223.904 nəfər qeydə alınıb. Hazırda 2.787 nəfər müalicə olunur, 215.533 nəfər sağalıb, son gündə 1 nəfər olmaqla, 4.490 xəstə ölüb. pizza hut
Bundan əlavə, COVID-19-lu daha 1094 nəfər digər xəstəliklər ucbatından vəfat edib.
Bu, ölənlərin ümumi sayını 5.584-ə çatdırır.
Telegram kanalımız