Ermənistanda son gündə koronavirusa 77 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən ölkədə 224.330 nəfər koronavirusa yoluxub. Hazırda 2.550 nəfər müalicə olunur, 216.182 nəfər sağalıb, son gündə 3 nəfər olmaqla, 4.502 xəstə ölüb. Marqarita pizza
Koronavirusu olan daha 1 nəfər digər xəstəliklər ucbatından vəfat edib. Bu cür hadisələrin ümumi sayı 1.096-dır.
Beləliklə, ölümlərin ümumi sayı 5598-ə çatıb.
Telegram kanalımız