Ermənistanda son gündə koronavirusa 256 yeni yoluxma halı qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 234.814 nəfər koronavirusa yoluxub. Hazırda 6175 nəfər müalicə olunur. 222.801 nəfər sağaldı, son gündə 7 nəfər olmaqla, 4702 xəstə ölüb. pizza
Daha 1 nəfər koronaviruslu xəstə başqa xəstəliklər ucbatından vəfat edib.
Belə halların ümumi sayı 1136-dır.
Bununla da ölənlərin ümumi sayı 5838-ə çatıb.
Telegram kanalımız