Ermənistanda son sutkada koronavirusa 16 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 422 610 nəfər koronavirusa yoluxub, 410 252 nəfər sağalıb. pizza
Son gündə koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə 8619 nəfər dünyasını dəyişib. Bundan əlavə, daha 1679 nəfər koronaviruslu digər xəstəliklər ucbatından ölüb.
Beləliklə, ölənlərin ümumi sayı 10298 nəfərdir.
Telegram kanalımız