Ermənistanda son bir həftədə 1849 yeni koronavirusa yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 428 648 nəfər koronavirusa yoluxma faktı aşkarlanıb. Hazırda 2161 nəfər müalicə olunur (bir həftədə onların sayı 495 nəfər artıb). 416161 nəfər (son həftədə 1352 nəfər) sağalıb, 8637 nəfər ölüb (son bir həftədə 2 nəfər). pizza sifarişi
Digər xəstəliklər ucbatından koronaviruslu xəstələrin ölümü qeydə alınmayıb. Belə halların ümumi sayı 1684-dür.
Beləliklə, ölənlərin ümumi sayı 10321-dir.
Telegram kanalımız