"Ermənistanda koronaviruslu xəstələr üçün cəmi 200 boş çarpayı qalıb".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu sentyabrın 2 -də Ermənistan hökumətinin iclasında səhiyyə naziri Anahit Avanesyan bildirib.
Onun sözlərinə görə, hazırda koronavirusa görə reanimasiya şöbəsində olan 18 yaşlı bir gənc var. Sezar pizza
"Son bir gündə 6394 test aparılıb və onlardan 636 -sı müsbət olub. Yəni 10% həddini adlamışıq. Təəssüf ki, bir gün əvvəl 19 ölüm qeydə alınıb və "Delta" ştammı daha yüksək yoluxma yaradıb. Keçən həftə 20-28 yaşlarında xəstələrin olduğunu açıqladım. Təəssüf ki, onlardan birinin dünyasını dəyişdiyini bildirməliyəm. Bu gün reanimasiyada olan 18 yaşlı bir gəncimiz də var", - deyə nazir qeyd edib.
O, həmçinin bildirib ki, 1600 xəstəxana çarpayısı var, onlardan 1400-ü artıq "işğal altındadır". Eyni zamanda, 650 vətəndaşın vəziyyəti ağırdır, 126 -nın vəziyyəti son dərəcə ağırdır: “51 vətəndaş süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya yerləşdirilmək üçün ehtiyatımız yoxdur. Yol boyu çarpayı sayını artırırıq. Ancaq bu sistemdə böyük gərginlik yaradır”.
Telegram kanalımız