Ermənistanda daha bir narazılıq

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda daha bir narazılıq

Dünya

16 Dekabr 2020 17:19 1076


Ermənistan parlamentinin aparat üzvlərinə mükafat verilməsi etirazlara səbəb olub. 

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, ölkədə sosial-iqtisadi böhranın dərinləşdiyi bir vaxtda belə bir addım alması Ermənistan ictimaiyyətini ayağa qaldırıb.

Məlumatda deyilir ki, pul mükafatı parlamentin aparat işçilərinin maaşına bərabərdir. Dominos pizza

“Pastinfo” saytı yazır ki, mükafatın verilməsi gizli saxlanılıb. Çünki Ermənistan hakimiyyəti də bunun narazılığa səbəb olacağının fərqində olub .

Sayt məsələ ilə bağlı Ermənistan parlamentinin aparat rəhbəri Tiqran Qalstyanla əlaqə saxlayıb. O əməkdaşlarının mükafatlandırıldığını təkzib etməyib. Lakin bu barədə danışmaq da istəməyib. Qalstyan deyib ki, məsələ ilə bağlı sullar yazılı şəkildə göndərilərsə cavablandıra bilər.

Sayt qeyd edir ki, parlament sədrinin sərəncamları qurumun rəsmi veb səhifəsində dərc olunmalıdır. Amma mükafat barədə hər hansı qeyd yoxdur. “Bununla maraqlanmaq üçün yazılı sorğuya da ehtiyac yoxdur”, - “Pastinfo” yazır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!