Ermənistanda daxili qarşıdurma gücləndi: Çarukyanın deputatlığı ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda daxili qarşıdurma gücləndi: Çarukyanın deputatlığı ləğv edilir

Hadisə

16 Noyabr 2020 15:51 904


Paşinyan hakimiyyəti repressiv addımlarını davam etdirir. 

Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın deputat mandatından məhrum edilməsi üçün parlamentin iclası çağırılıb.

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan bildirib ki, Çarukyan yenidən Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Dördpendirli pizza

"Şuşanı təslim edən şəxs (Baş nazir Nikol Paşinyanı nəzərdə tutur - red) Çarukyanı mandatdan məhrum etmək istəyir. İki saatdan sonra kütləvi aksiyalar olacaq, ənənəyə uyğun olaraq Çarukyanı yenidən Milli Təhlükəsizlik Xidmətinə çağırıblar”, - deyə Zöhrabyan bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!