Ermənistanda daxili-siyasi döyüş: Köçəryan və Sərkisyan nə planlaşdırır?

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda daxili-siyasi döyüş: Köçəryan və Sərkisyan nə planlaşdırır?

Dünya

25 İyun 2020 17:41 1063


Girov müqabilində azadlığa çıxdıqdan sonra Robert Köçəryan Serj Sərkisyanla görüşüb. 

Yenisabah.az xəbər verir ki,  Sərkisyanla görüşdən əvvəl Ermənistanın ikinci prezidenti ilk növbədə ölkədəki vəziyyəti müzakirə etdiyi hərbçi yoldaşları və komanda dostları ilə təmasa girib.

Köçəryanın təmasları birmənalı qarşılanmır. Bəllidir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanıa Qarabağ klanı arasından münasibətlər gərgindir. Paşinyanın hakimiyyətə gəlişi bu klanın devrilməsi ilə baş verib. Ona görə də Qarabağ klanı hər vəchlə yeni hakimiyyəti dəyişməyə çalışır.  pizza hut

Paşinyan ilk günlər Qarabağ klanının rəğbətini qazanmaq üçün Ermənistan-Azərbaycan münaqişəsinə dair absurd bəyanatlar səsləndiririr, vaxtaşırı Qarabağa səfərlər edirdi. Lakin müşahidələr göstərir ki, Paşinyanın cəhdləri uğurlu nəticə verməyib. 

Ermənistanda Paşinyana qarşı güclü müxalifət formalaşıb və Qarabağ klanının proseslərə fəal müdaxiləsi müşahidə olunur. Köçəryanın təmasları bu klanın güclərini birləşdirmək cəhdi kimi də dəyərləndirilir. Bu baş verəcəyi təqdirdə Paşinyanın vəziyyəti o qədər də ürəkaçan olmayacaq. 

Digər tərəfdən, bu klanın liderləri Rusiyaya yaxınlığı ilə seçilirlər. Təsadüfi deyil ki, Kreml Köçəryanın azadlığa buraxılmasını istəyirdi.

Paşinyanın isə Kremllə münasibətləri o qədər də ürəkaçan deyil. O daha çox Qərbə meyl edir və bunu gizlətmir. Bu halda qarşıdakı aylarda Ermənistanın siyasi səhnəsində ciddi təlatümlərin şahidi ola bilərik.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!