Ermənistanda dövlətə xəyanətlə bağlı 1650 işə baxılır   - Baş prokuror

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda dövlətə xəyanətlə bağlı 1650 işə baxılır - Baş prokuror

Rəsmi

07 May 2021 14:26 1318


“Xəyanət hadisələrinin müharibənin nəticələrinə nə dərəcədə təsir etdiyini qiymətləndirəcəyik”.

Yenisabah.az “Novosti Armenii”yə istinadla xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Artur Davtyan bildirib.

Baş prokuror indiki və ya keçmiş məmurların dövlətə xəyanət və ya casusluq ittihamı ilə saxlanılması barədə jurnalistlərin sualına cavab verərkən deyib: “Keçmiş bir hərbçinin işi araşdırılır, o, hərbi çağırışçı deyil, hərbi qulluqçudur. Vətənə xəyanətlə bağlı bir cinayət işinə baxılması artıq başa çatıb və məhkəməyə göndərilib. Ümumiyyətlə, ilkin istintaq mərhələsində olan işlərin açıqlanması səhvdir”. Sezar pizza

Xəyanət hadisələrinin müharibənin nəticələrinə necə təsir etdiyi soruşulduqda isə Artur Davtyan belə cavab verib: “Konkret işlərlə bağlı qiymətləndirmə vermək hələ tezdir. Təxminən 1650 cinayət işinə baxılır. Onlara hüquqi qiymət verən kimi, müharibənin nəticələrinə təsirləri mövzusuna toxunacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!