Ermənistanda əhali yenidən küçələrə çıxıb.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, hazırda İrəvanın küçələrində əhali “Ləyaqət marşı” aksiyası keçirir. Aksiyada Paşinyan və onun komandasının əleyhinə şüarlar səsləndirilir.
Erməni ictimai-siyasi fəalları bildirir ki, bu, dekabrın 8-dən başlayan kütləvi itaətsizlik aksiyasının davamıdır. pizza hut
Məlumatlara görə, aksiyada xırda insidentlərlər müşahidə olunur. Bəzi hallarda sıravı vətəndaşlarla aksiya iştirakçıları arasında qarşıdurma yaranır. Əsasən aksiya çərçivəsində nəqliyyatın hərəkətinin dayandırılması sıravi vətəndaşların etirazına səbəb olur.
Bildirilir ki, hazırda aksiya iştirakçıları İrəvan-Göyçə yolunu bağlayıblar.
“Çiçəklənən Ermənistan” partiyasının deputatı İveta Tonoyan aksiya iştirakçılarının azlığına münasibət bildirərkən deyib ki, vətəndaşlar kütləvi şokdan ayılandan sonra etirazçıların sayı artacaq.
Deputat əlavə edib ki, Paşinyan hakimiyyəti problemləri həll etmək iqtidarında deyil. O, diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 10 dekabrda Bakıda keçirilən Zəfər paradı zamanı səsləndirdiyi fikirlərə çəkərək Paşinyan hakimiyyətinin buna reaksiya verməməsini tənqid edib.
“Paşinyan müxalifətə qarşı daha cəsarətli mübarizə aparır”, - deyə o əlavə edib.
Telegram kanalımız