Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar

Dünya

26 Sentyabr 2024 22:01 467


Ermənistan hökuməti sentyabrın 26-da keçirilən iclasında ehtiyatda olan hərbçilər üçün təlimlərin keçirilməsi ilə bağlı qərar qəbul edib.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, sənədə əsasən, təlim-məşq toplanışı 2024-cü il oktyabrın 15-dən dekabrın 20-dək keçiriləcək.

Tədbirin əsas məqsədi ehtiyatda olan hərbi qulluqçuların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və onların döyüş növbətçiliyinə hazırlığının artırılmasıdır. Dominos pizza

Bildirilir ki, hər bir iştirakçı 25 gündən çox olmayan müddətə təlim-məşq toplanışına cəlb olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!