Ermənistanda ehtiyatda olan zabitlərin hərbi xidmətə çağırılması və tərxis olunması elan edilib.
Yenisabah.az "Armenian News"a istindla xəbər verir ki, hökumət iclasında 2022-ci ildə ehtiyatda olan zabitlərin müddətli həqiqi hərbi xidmətə çağırılması və tərxis olunması barədə qərar qəbul edib.
Çağırış 26 dekabr 2022-ci il tarixindən 20 fevral 2023-cü il daxil olmaqla həyata keçiriləcək. Söhbət Silahlı Qüvvələrin ehtiyatında olan, yaşı 35-dən aşağı olan kişi həkimlərə aiddir. Xidmət müddəti 2 ildir. pizza
Qərara alınıb ki, ehtiyatda olan zabitlərin sayı 10 nəfərə qədər mütəxəssis həkim olsun.
Telegram kanalımız