Ermənistanda ərzaq malları bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ərzaq malları bahalaşdı

Dünya

15 Yanvar 2021 09:24 699


Ermənistanda hələ Yeni ildən əvvəl günəbaxan yağı, un (hər ikisi 30-40%), həmçinin çörək və şəkərin qiyməti artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "İstehlakçıların Məsləhətləşmələri Mərkəzi" qeyri-hökumət təşkilatının sədri Karen Çilinqaryan bildirib.

Onun sözlərinə görə, bu, həmin məhsulların idxal olunduğu Rusiyada qiymətlərin artması ilə bağlıdır. pizza mizza

"Qiymət artımı həmçinin sitrus məhsullarında da qeydə alınıb. Qiymətlərin artmasının səbəblərindən biri də dramın devalvasiyasıdır. Unun qiymətinin artması fonunda iqtisadi subyektlər çörəyin qiymətinin eyni qalması üçün onun çəkisini azaltdılar", - o qeyd edib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!