Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı

Dünya

09 Fevral 2021 17:37 1135


Ermənistanda inflyasiya və buna müvafiq olaraq ərzaq və gündəlik tələbat mallarının qiymət artımı davam edir. Bu ilin yanvar ayında illik inflyasiya 4,5 faiz olub və bu da ötən ilin dekabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, inflyasiyanın artımı müvafiq olaraq ölkədə qiymət artımını sürətləndirib.

Cari ilin yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə bitki yağlarının qiyməti 44,3 faiz, şəkərin 40,7 faiz, yumurtanın 26,4 faiz, süd məhsullarının 7,7 faiz, meyvənin 12 faiz, tərəvəzin 9,9 faiz, sarımsağın 95,4 faiz, tərəvəz məhsullarının 53,5 faiz, çörəyin 7,9 faiz, unun 12,5 faiz, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 6,8 faiz bahalaşıb. Ölkə iqtisadiyyatına təsir edən xarici ticarət dövriyyəsi də azalıb. pizza mizza

2020-ci ildə Ermənistanda xarici ticarət dövriyyəsi 13,2 faiz azalaraq 7 milyard 103,9 milyon ABŞ dolları təşkil edib. Ticarətdə ixracın həcmi 3,9 faiz azalaraq 2 milyard 544,5 milyon dollar, idxalın dəyəri isə 17,7 faiz azalaraq 4 milyard 559,4 milyon dollar olub. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!