Ermənistanda əsgər valideynləri döyüldü - Polis işə qarışdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda əsgər valideynləri döyüldü - Polis işə qarışdı

Rəsmi

22 Sentyabr 2022 14:40 1156


Müstəqillik günündə Ermənistanda “Erablur” hərbi məzarlığında baş verən insident böyük ictimai rezonansa səbəb olub.

Yenisabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polis “Erablur” hərbi məzalığında baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, döyüşlərdə ölən erməni əsgərlərin valideynləri baş nazir Nikol Paşinyanın hərbi məzarlığa ziyarətinə mane olmağa çalışıblar. Bunun üçün valideynlər Paşinyan gələnədək “Erablur” məzarlığında növbə çəkiblər. Lakin sentyabrın 21-də səhər saatlarında polis güc tətbiq edib, qurbanların valideynləri şöbəyə aparılıb, bundan sonra Paşinyana yol açılıb. Hadisə ictimai narazılığa səbəb olub.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!