Ermənistanda əsgəri güllələyən hərbçi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda əsgəri güllələyən hərbçi saxlanıldı

Rəsmi

19 İyul 2022 10:36 964


Ermənistanda iyulun 14-də baş verən əsgər ölümünə görə bir hərbçi saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsində araşdırılan cinayət işi çərçivəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu Arsen Manukyanın ölümünün bir sıra detalları müəyyən edilib. Arsen Manukyanın əsgər yoldaşı həbs edilib.

Saxlanılan hərbçiyə qarşı Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2 və 3-cü bəndləri ilə cinayət işi başlanıb. Dominos pizza

Xatırladaq ki, 2022-ci ildə iyulun 14-də N saylı hərbi hissəsinin əsgəri Arsen Manukyan döyüş mövqeyində müşahidəçi vəzifəsini yerinə yetirərkən avtomatdan açılan atəşlə öldürülüb.

O, 1 il 1 ay idi hərbi ximət keçirdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!