Ermənistanın Araqatsotn vilayətinin Arteni kəndinin sakinləri Gümrü-Yerevan avtomobil yolunu bağlayıb.
Yenisabah.az xəbər verir ki, buna səbəb ötən gün kəndlilərin suvarma suyunun kəsilməsi, nəticədə 60 faiz əhalinin torpağını suvara bilməməsi olub. Bu barədə kənd sakini Sevak Bağdasaryan news.am-a danışıb.
"Dünən suvarma suyu kəsildi, kəndin yalnız 40 faizi torpaqlarını suvarmağı bacardı. Kənd bələdiyyəsinə müraciət etdik, problem suvarma suyu verən şirkətdə olduğu üçün bizə kömək edə bilməyəcəklərini söylədilər. Biz də onlarla əlaqə qurmağa çalışdıq, lakin nəticə əldə edə bilmədik. Yolu bağlayaraq kəndlilər müvafiq qurumların diqqətini bu məsələyə yönəltməyə çalışır”,-deyə o bildirib. Dominos pizza
Telegram kanalımız