Ermənistanın sabiq FHN rəhbəri Andranik Piloyan barəsində həbs-qətimkan tədbiri seçilib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Piloyanın vəkili Tiqran Sarkisyan bildirib.
O, apellyasiya şikayətinin hakim tərəfindən hələ imzalanmadığını qeyd edib. pizza hut
Piloyanın ittihamı qəbul edib-etməməsinə gəlincə, vəkil şərh verməkdən imtina edib.
Erməni nəşri yazır ki, Tiqran Sarkisyan cinayət işi ilə bağlı sualları cavablandırmaq əvəzinə telefonu söndürüb.
Qeyd edək ki, İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi hakim Armen Poqosyanın sədrliyi ilə Piloyanın 2 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verib.
Xatırladaq ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən verilən məlumata görə, komitədə araşdırılan cinayət işi çərçivəsində fövqəladə hallar naziri Andranik Piloyan, onun müşaviri, Fövqəladə Hallar Nazirliyinin 10-dan çox əməkdaşı, o cümlədən ayrı-ayrı bölmələrin rəhbərləri, habelə digər şəxslərin cinayət törətmələri barəsində çoxsaylı cinayət faktları qeydə alınıb.
Bildirək ki, Ermənistan prezidentinin aprelin 1-də imzaladığı fərmana əsasən Andranik Piloyan Ermənistanın fövqəladə hallar naziri vəzifəsindən azad edilib.
Telegram kanalımız